Xankəndi Biznes Mərkəzi

Ümumi məlumat

“Xankəndi Biznes Mərkəzi” yüksək səviyyəli xidmətləri və texniki imkanları ilə biznes tədbirləri, konfranslar və işgüzar görüşlərin təşkili üçün ideal şərait yaradır. Mərkəzin funksional planlaması, zərif interyer dizaynı və inkişaf etmiş infrastrukturu onu regionun aparıcı biznes məkanlarından birinə çevirir. Müasir ofis sahələri, iclas otaqları, ictimai zonalar və əlavə xidmət sahələri qonaqların bütün ehtiyaclarını qarşılamaq məqsədilə düşünülmüş şəkildə təşkil edilmişdir.

Xankəndi Konqres Mərkəzi

Yüksək funksionallıq və estetik standartlara cavab verən, müasir texniki avadanlıqlarla təchiz olunmuş "Xankəndi" Konqres Mərkəzi, Xankəndi şəhərində turizm və biznes infrastrukturunun mühüm obyektlərindən biridir.

Kongres Mərkəz konqreslərin, konfransların, seminarların, işgüzar görüşlərin, ölkədaxili və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün geniş imkanlar təqdim edir. Burada müasir komfort və milli memarlıq ənənələrinin harmoniyası xüsusi bir atmosfer yaradır.



PAK Laundry

“PAK Laundry” xidməti yüksək keyfiyyətli kimyəvi təmizləmə və camaşırxana xidmətlərini biznes mərkəzinin qonaqlarına təqdim edir. Qəbul zonası 1-ci mərtəbədə yerləşir və sürətli, peşəkar xidmətlərlə işgüzar qonaqların gündəlik ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulub.

Ofislər və Görüş Otaqları

Ofislərin sahəsi 23 m²-dən 74 m²-dək dəyişir və müxtəlif biznes tələblərinə uyğun olaraq dizayn edilmişdir. Hər mərtəbədə peşəkar iş şəraiti təmin edən 8 ofis otağı, müasir avadanlıqlarla təchiz olunmuş 2 iclas otağı və iş fasilələri üçün mətbəx yerləşir. Geniş və funksional planlaşdırma biznes fəaliyyətinizin effektivliyini maksimuma çatdırmaq üçün nəzərdə tutulmuşdur.

“Səhifə” Dəftərxana Ləvazimatları

Biznes mərkəzində yerləşən “Səhifə” mağazası ofis və işgüzar fəaliyyət üçün zəruri olan dəftərxana və mətbəə məhsullarının geniş çeşidini təqdim edir. Mağazada yüksək keyfiyyətli və müasir iş ləvazimatları mövcuddur ki, bu da qonaqların iş proseslərinin fasiləsizliyini və rahatlığını təmin edir.

Hotellərimiz